“Türkiyə İrandan təbii qaz idxalını dayandırıb”.
“Report” “Newsru.co”ya istinadən xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Səlim Kıranın başçılığı ilə ABŞ-da səfərdə olan nümayəndə heyətinin üzvlərindən biri bildirib.
“ABŞ-ın strateji müttəfiqi olaraq biz İrana qarşı sanksiyanı poza bilmərik”,- nümayəndə heyətinin adının açıqlanmasını istəməyən üzvü vurğulayıb. Bildirilib ki, nümayəndə heyəti ABŞ-la Türkiyə arasında böhranı həll etmək məsqədi ilə Vaşinqtonan səfər edib. Onlar artıq Prezident Donald Trampla görüşüblər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın İrandan təbii qaz almasına icazə verdiyi 8 ölkədən biri də Türkiyə idi. Ancaq mayın 2-dən bu möhlət başa çatıb.