Ukraynanın Antikorrupsiya Prokurorluğu keçmiş prezident Petro Poroşenkoya qarşı daha bir cinayət işi açıb.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu dəfə Poroşenko vəzifə səlahiyyətlərini aşma və rüşvət almaqda ittiham olunur. Onun 227 milyon dollardan çox vəsait mənimsədiyi iddia edilir.
Qeyd edək ki, bundan əvvəl Poroşenkoya qarşı dövlətə xəyanət ittihamı üzrə cinayət işi açılıb.