“Türkiyə ilə Rusiya arasında “S-400” zenit-raket kompleksi üzrə müqaviləsi ilə bağlı ABŞ-ın ultimatumu yolverilməzdir”.
“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. O, “S-400” üzrə müqavilə ilə bağlı məsələnin bitdiyini vurğulayıb.
Qeyd edək ki, ABŞ Türkiyəyə Rusiya "S-400" zenit-raket komplekslərindən imtina etməsi üçün iki həftə vaxt verib.