ABŞ hökuməti Rusiyaya dair sanksiya siyahısını genişləndirib.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ticarət Nazirliyi məlumat yayıb. Bildirilib ki, Rusiyanın Tula şəhərindəki hərbi konstruktor bürosu, Qatçina şəhərindəki hərbi təlim mərkəzi, Moskva şəhərindəki “Avanqard” hərbi müəssisəsi sanksiya siyahısına salınıb.