Eyfel qülləsi bağlandı

20:03 - 20 May 2019 - DÜNYA

Parisin rəmzlərindən biri olan Eyfel qülləsi müvəqqəti olaraq bağlanıb.

Buna naməlum şəxsin dəmir qurğularla qülləyə çıxmaq niyyəti səbəb olub.

Polis Eyfel qülləsini əhatəyə alaraq turistləri qüllədən təxliyə edib. Hazırda Eyfelin yaxınlığına da turistlər buraxılmır.

Qeyd olunur ki, həmin şəxs qüllənin üçüncü mərtəbəsinədək çıxa bilib. Onun polis tərəfindən saxlanıldığı deyilir.

Eyfel qülləsinin nə vaxt açılacağı barədə məlumat verilməyib./trend

Xəbər xətti