Bakının mərkəzində LGBT bayrağı asıldı - FOTO

12:12 - 17 May 2019 - Xəbər

Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin binası önündə LGBT icmasının bayrağı asılıb. 

Bununla bağlı fotolar səfirliyin sosial şəbəkə hesabında paylaşılıb. Bunun 17 may - Homofobiya və Transfobiyaya qarşı mübarizə günü ilə əlaqədar olduğu bildirilib.

Qeyd edək ki, LGBT (Lezbiyan, Gey, Biseksual və Transgender) cinsi azlıqların hüquqlarını müdafiə edən icmadır. /oxu.az


Xəbər xətti