Səhiyyə Nazirliyi: Abşeronda bıçaqlanan qadının vəziyyəti ağırdır

11:17 - 17 May 2019 - Xəbər

Abşeron rayonunun Fatmayi qəsəbəsində 9 aylıq hamilə qadın həyat yoldaşı tərəfindən bıcaq xəsarətləri alıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 16-da Atababayeva Səbinə Ağasəf qızı bədənin müxtəlif hissələrinin kəsilmiş-deşilmiş yara diaqnozu ilə Kliniki Tibbi Mərkəzinə çatdırılıb:

"Qadın 9 aylıq hamilə olub. Uşaq bətndə bıçaq xəsarətlərindən dünyasını dəyişib. Qadının isə vəziyyəti ağırdır".

ONA-nın məlumatına görə, S.Atababayeva valideynlərinin təkidi ilə ərə verilib. Onun hadisə vaxtı 8 aylıq hamilə olduğu bildirilir.

Fakt polis tərəfindən araşdırılır, hadisənin motivi məlum deyil.

Xəbər xətti