Pakistanda terrorçular hotelə hücum edib

19:08 - 11 May 2019 - DÜNYA

Pakistanın Bəlucistan vilayətindəki Qvadar şəhərində bir neçə silahlı şəxs beşulduzlu "Pearl Continental Hotel"ə hücum edib.

Bunu Pakistanın hüquq-mühafizə orqanlarının nümayəndələri bildirib. Hazırda hotel ərazisi polis tərəfindən mühasirəyə alınıb, ərazidən atəş səsləri gəlir. İlkin məlumatlara görə, hotelə üç-dörd yaraqlı daxil olub.

KİV-də hazırda binanın içərisində azı 70 nəfərin, o cümlədən təxminən 40 Çin vətəndaşının olduğu barədə məlumat yayılıb. Hələlik hücum nəticəsində ölən və yaralananların olub-olmaması barədə məlumat yoxdur./report

Xəbər xətti