Rusiya və İran arasında müəyyən kateqoriyadan olan vətəndaşlar üçün viza rejiminin sadələşdirilməsi barədə protokol imzalanıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O bildirib ki, bu prosedur ilk növbədə sahibkarlara şamil olunacaq.
S.Lavrovun sözlərinə görə, sahibkarlar şirkətlərin dəvəti əsasında sadələşdirilmiş qaydada viza ala biləcək./trend