Türkiyənin müdafiə naziri Hulusi Akar Yunanıstanın məlum bəyanatına reaksiya verib.
“Anadolu” agentliyinin məlumatına görə, o, Afinanı sağlam düşüncə nümayiş etdirməyə və əməkdaşlığa çağırıb. Nazir qeyd edib ki, Türkiyə Aralıq dənizinin şərqində və Egey dənizində maraqlarını qorumağa, o cümlədən Kiprdə türklərin hüquqlarını təmin etməyə hazırdır.
“Regionda uzunmüddətli sülh dənizdə zonaların sərhədlərini müəyyənləşdirməklə mümkündür. Bölgədə etimad mühitini qorumaq lazımdır”.
Xatırladaq ki, dünən Yunanıstan Türkiyədən Kiprə aid iqtisadi zonada qazma işlərini dayandırmağı tələb edib. Afina Ankaranın müvafiq qərarını pisləyərək qonşu ölkədən bölgədə sabitliyə zərbə vuracaq addımlardan çəkinməyə, habelə Kipr probleminin həlli üçün danışıqları bərpa etməyə çağırıb.
Qeyd edək ki, Kiprin iqtisadi zonasında qaz yataqları aşkarlanıb. Türkiyə orada qazma işlərini aparmaq hüququna malik olduğuna əsaslanaraq əraziyə “Fatih” qazma gəmisini göndərib./oxu.az