İsrail “Anadolu” agentliyinin binasını atəşə tutdu- Türkiyədən sərt reaksiya +Video

11:03 - 5 May 2019 - DÜNYA

İsrail ordusu Qəzzada “Anadolu Agentliyi”nin ofisinin yerləşdiyi binanı havadan atəşə tutub.

Agentlik işçilərinin vəziyyətlərinin yaxşı olduğu, hücum zamanı hər hansı insan tələfatı ilə bağlı dəqiq məlumat olmadığı bildirilir. 

Qeyd edilir ki, İsrail ordusu Qəzzadan atılan raketləri əsas göstərərək ötən gündən başlayaraq bölgəyə hava hücumu təşkil edib. Hücum zamanı 1 uşaq, 1 hamilə olmaqla, 3 fələstinli ölmüş, azı 12 nəfər isə yaralanmışdı.

Fələstin hökuməti baş verənlərlə bağlı “AA ofisinin hədəf alınması, şahidlərin uzaqlaşdırılmasına cəhddir və İsrailin Qəzzaya yönələn qətliamlarına hazırlıqdır” açıqlamasını yayıb.

Prezident Rəcəb Tayyip Ərdoğan isə Anadolu Agentliyinin idarə heyətinin sədri Şenol Kazancıya zəng edib. 

Türkiyə XİN-i açıqlamasında İsrail hücumuna qarşı beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb.|qafqazinfo

Xəbər xətti