Toyda 40 nəfər içkidən zəhərləndi, 1 nəfər öldü

21:22 - 4 May 2019 - Xəbər

İranın Qərbi Azərbaycan vilayətinin Poldəşt rayonunda toy məclisində 40 nəfər spirtli içkidən zəhərlənib.

Vilayətin təcili tibbi mərkəzinin fövqəladə hallar üzrə rəsmisi jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, zəhərlənənlərdən 1-i ölüb, digərləri xəstəxanaya yerləşdirilib.

Ötən il Qərbi Azərbaycan vilayətində spirtli içkilərdən 48 nəfər zəhərlənib./trend

Xəbər xətti