37 yaşlı braziliyalı model Karolina Bittenkurt faciəvi şəkildə ölüb.
O San-Paulu ştatında yerləşən İlyabela adasında Xorxe adlı əri və iki iti ilə birlikdə fırtınaya düşüb.Bu haqda “Daily Mail” məlumat yayıb.Bildirilir ki, hadisə dəniz səyahəti zamanı baş verib. Güclü külək nəticəsində yaranan dalğalar itləri qayığın göyərtəsindən suya atıb. Sevimli ev heyvanlarını xilas etmək üçün Karolina okeana baş vursa da, özü boğulub. Həyat yoldaşı onu qurtarmağa çalışsa da, buna nail olmayıb./oxu.az