Ölkədə hakimiyyəti devirməyə cəhdin qarşısını alan Venesuela prezidenti Nikolas Maduro qələbəsini oynayaraq qeyd edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gənclərlə bir araya gələn Maduro adına bəstələnmiş repin sədaları altında səhnədə rəqs edib.
O, çıxışında bir daha çevrilişə cəhd olarsa, sərt tədbirlərin görüləcəyini deyib: “Bizə hörmət etməyi öyrənmələri üçün kiminsə başı kəsilməlidirsə, kəsərik”.