Türkiyə NATO-nu tərk etdi – Belçikada KRİTİK QƏRAR

20:05 - 3 May 2019 - DÜNYA

NATO-da komandanlığın təhvil-təslim tədbirində skandal yaşanıb.

NATO üzvü olmamasına baxmayaraq, tədbirə Kiprin yunan tərəfi də dəvət edilib. Buna etiraz olaraq türk zabitlər NATO-nun tədbirini tərk edib.

Qeyd edək ki, tədbir Belçikanın Mons şəhərində baş tutub və NATO-nun Avropa Müttəfiq Komandanlığının təhvil-təslimi məqsədilə keçirilib. Tədbirdə NATO-nun Baş katibi də iştirak edib.

Toplantıya Kipr Respublikasının heyətinin dəvət olunması səbəbindən türk diplomat və zabitlər NATO-nun tədbirini tərk edib. (teleqraf.com)

Xəbər xətti