Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə təqsirləndirilən Əhməd Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Ə. Məhərrəmov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Əhməd Məhərrəmov Azərbaycanda fəaliyyət göstərmiş qanunsuz silahlı birləşmə olan “Meşə qardaşları”nın üzvü olub.
Lakin o istintaqdan uzun müddət gizlənə bilib. Barəsində axtarış elan edilən Ə. Məhərrəmov bu il saxlanılıb./oxu.az