“Donetsk Respublikası”nda Rusiya pasportu üçün uzun növbə

14:57 - 3 May 2019 - Xəbər

“Donetsk Xalq Respublikası”nda sadələşmiş sistemlə Rusiya pasportu almaq üçün uzun növbələr müşahidə olunur. “RİA Novosti” nin məlumatına görə, sənəd qəbulu yerli vaxtla 09.00-dan etibarən başlayıb. Hələ qəbul başlanmamış yerli DİN Miqrasiya xidmətinin binası qarşısına 80 mindən çox adam toplaşıb. Qeyd olunur ki, bəzi insanlar səhər saat 5.30-dan etibarən növbə tutmağa çalışıb. Oxu.az

Xəbər xətti