Ukrayndanın Ali Radasının qəzeti "Ukraynanın səsi" prezident seçkilərinin rəsmi nəticələrini dərc edib.
Qəzetin dərc etdiyi məqalədə bildirilir ki, aprelin 21-i keçirilən təkrar səsvermənin nəticələrinə əsasən, V.Zelenki Ukrayna prezidenti seçilib.
Qanuna əsasən, yeni prezidentin andiçmə mərasimi rəsmi nəticələrin "Ukraynanın səsi" qəzetində dərc edilməsindən sonra 30 gün ərzində keçirilməlidir. Dəqiq tarixi parlament ayrıca qərar ilə təyin edir.
Qeyd edək ki, aprelin 30-u Ukraynanın Mərkəzi Seçki Komissiyası V.Zelensikini rəsmi olaraq prezident seçkilərinin qalibi elan edib. İkinci turda V.Zelenski 73,22 faiz, hazırkı prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıblar./trend