NASA rəhbərindən TƏHLÜKƏ XƏBƏRDARLIĞI- asteroidlərlə toqquşmalara hazır olaq

22:57 - 2 May 2019 - Xəbər

“Xaos Tanrısı” adlanan nəhəng asteriod sürətlə Yerə yaxınlaşır. Mütəxəssislər böyük toqquşma olmayacağına ümid edir.

 NASA-nın rəhbəri Cim Braydenstayn asteroidlər haqda danışıb. O, insanları göy cisimləri ilə toqquşmaya hazır olmağa çağırıb. “İndependent” qəzeti Braydenstaynın fikirlərini yazıb: “Biz həyat olduğunu dəqiq bildiyimiz yeganə planeti qorumalıyıq”.

NASA rəhbəri əlavə edib ki, ABŞ hökuməti diametri 460 futdan (140 metr) böyük olan asteroidləri ciddi nəzarətdə saxlayır. Braydenstayn dinozavrların məhz asteroidlə toqquşmaya görə məhv olduğunu xatırladıb. Buna görə də NASA rəhbəri kosmik obyektlərin monitorinqinin güclənməsi üçün daha çox iş aparılmasının vacibliyindən danışıb.

Aprelin 19-da məlum olub ki, “2019 GC6” asteroidi Yerin 219 min kilometrliyindən keçib. Bu, Yerlə Ay arasındakı orta məsafədən iki dəfə yaxındır. “2019 GC6” diametrinə görə bizim planet üçün təhlükəli sayılır./Bizimyol.info

Xəbər xətti