Kanalda boğulan gəncin valideynləri: Suyu bağlasınlar, balamızı çıxarıb, dəfn edək

18:36 - 2 May 2019 - Xəbər

 

Samur-Abşeron kanalında Siyəzən rayonu, Zarat kənd sakini 19 yaşlı İmamyar Ələkbərovun batmasından dörd gün ötür.

Axtarış tədbirləri hələ də nəticə verməyib.

19 yaşlı İmamyar Ələkbərovun ailəsi övladlarının nəşinin tapılmasını gözləyirlər.

Ailə üzvləri bildirir ki, İmamyarın tapılması üçün kanalda suyun azaldılmasına ehtiyac var.

“Suyu bağlasınlar, balamızı çıxarıb, dəfn edək”, - deyə İ.Ələkbərovun ailəsi aidiyyəti qurumlara səslənib.

Dörd gündür Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışları davam etdirir.

Qeyd edək ki, İmamyar ailənin tək övladıdır./oxu.az

 

Xəbər xətti