Bakıda məktəbdən oğurluq olub

11:23 - 2 May 2019 - Xəbər

Bakıda orta məktəbdən oğurluq olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən  verilən məlumata görə, Bİnəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə rayon ərazisindəki orta məktəblərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılmış və 300 manat dəyərində proyektorun oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini olan 2yeniyetmə saxlanılıb.

Araşdırma aparılır./report

 

Xəbər xətti