Bakıda orta aylıq əmək haqqı 794 manat təşkil edib

09:24 - 2 May 2019 - Xəbər

Bu ilin yanvar-fevral aylarında Bakıda işçilərin orta aylıq nominal əmək haqqı ötən ilə nisbətən 6,5% artaraq 794,1 manat olub.

Ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.

Ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub./ona

Xəbər xətti