Çin kosmosa iki peyk çıxarıb

09:04 - 30 Aprel 2019 - DÜNYA

Çin iki “Tyanxuey-2” elmi-tədqiqat peykini orbitə çıxarmağa müvəffəq olub. 

ONA TASS-a istinadən xəbər verir ki, peyklər əsasən geodezik tədqiqatlar və xəritəçekmə işlərində istifadə olunacaq.

Çin aerokosmik elmi və texnikası korporasiyasından (CASC) bildiriblər ki, peyklər Tayyuan kosmodromundan “Çandjen-4b” raketi ilə kosmosa buraxılıblar.

Çin özünün milli kosmik proqramını aktiv inkişaf etdirir və 2020-2025-ci illərdə Mars planetinin tədqiqinə başlamaq niyyətindədir.   

 

Xəbər xətti