Azərbaycan nefti ucuzlaşıb
00:28 - 30 Aprel 2019 - İQTİSADİYYAT
CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 74,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,02 dollar/barel azdır.
Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 73,54 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 3,06 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 70,98 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 3,09 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 71,2 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 3,11 dollar/barel azdır.