İŞİD terror qruplaşmasının lideri Əbubəkr Bağdadi sosial şəbəkələrdə yayılmış videomüraciətində Baquz şəhəri uğrunda döyüşün başa çatdığını bildirib.
Bu haqda “Röyters” agentliyi bildirib. Bağdadi həmçinin, videomüraciətində İŞİD döyüşçülərinin qətlində və onların tutulmasında iştirak edən insanlardan qisas alacağına söz verib.
Qeyd edək ki, Baquz uğrunda döyüş 2019-cu ilin fevralında Suriya demokratik qüvvələrinin və Amerika koalisiyasının iştirakı ilə başlayıb. Martın 23-də Suriya hərbçiləri əməliyyatın başa çatdığını elan ediblər. BaquzİŞİD-in Suriyadakı son qalası hesab edilirdi.
Daha əvvəl bildirilirdi ki, Suriyanı tərk etmək üzrə müvəffəqiyyətsiz cəhdlərindən sonra İŞİD lideri saqqalını rəngləməyə məcbur olub./publika.az