Yaşayış Kompleksinin komendantı 3 "makler"i güllələyib- Təfərrüatı

12:47 - 28 Aprel 2019 - Xəbər

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən silahlı insidentin təfərrüatları məlum olub.

"Yeni Bakı" Yaşayış Kompleksindәn "Report"a verilən məlumata görə, hadisə kompleks ərazisində deyil, qәsәbәdә yerləşən "Qәbәlә" kafesindәki ev alqı-satqısı ofisindә baş verib.

Münaqişəyə ev alqı-satqısı ilә mәşğul olan şәxslәrlə şәhәrciyin komendantı Ehtiram Yusifov arasında söyüş üstündə yaranan mübahisə səbəb olub. Silahlı insident zamanı yaralanan şәxslәr "Yeni Bakı" yaşayış kompleksinin sakinlәri deyil.

Xəbər xətti