Lukaşenko Putindən küsdü, Çini təcili tərk etdi

15:13 - 27 Aprel 2019 - DÜNYA

Belarus Prezidenti Aleksandr Lukaşenko gözlənilmədən Çindəki “Bir qurşaq, bir yol” konfransını tərk edib.

Axar.az xəbər verir ki, bu məlumat Teleqram sosial şəbəkəsindəki “Rasstriqa” kanalında yayımlanıb.

Bildirilib ki, Lukaşenkonun Çini tərk etməsinə səbəb onunla Rusiya Prezidenti Vladimir Putin arasında yaşanan konflikt olub. Vəziyyət o həddə çatıb ki, Lukaşenko Çindəki heç bir rəsmi görüşünü gözləməyib.

“Rasstriqa” kanalı Putinlə Lukaşenko arasında münasibətlərin pozulmasına səbəb kimi Rusiya Prezidenti Putinin Belarus lideriylə görüşdən imtina etməsini göstərib.

Xəbər xətti