Xaçmazda canavarlar kəndə hücum edib

12:10 - 27 Aprel 2019 - Xəbər

Xaçmaz rayonunda canavarlar fərdi təsərrüfata hücum edib.

 

''Ucnoqta.az''  Azərtac-a istinadən xəbər verir ki, hadisə rayonun Bəbəli kəndinin sakini Rəhman Məmmədovun təsərrüfatında baş verib. Gecə saatlarında canavarlar tövləyə soxularaq 15 baş qoyun-quzunu parçalayaraq öldürüb, 15-ni isə yaralayıb.Xaçmaz Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gəlib. Ölmüş heyvanlardan nümunə götürülərək, ərazidə dezinfeksiya işləri aparılacaq.

Xəbər xətti