Trampa telefon atıldı - Video

09:34 - 27 Aprel 2019 - Xəbər

ABŞ prezidenti Donald Tramp Milli Tüfəng Dərnəyinin keçirdiyi “Liderlər Forumu”nda çıxış edən zaman hadisə baş verib.

“Qafqazinfo” “NBC News”a istinadən xəbər verir ki, Tramp çıxış üçün səhnəyə çıxarkən zaldakı şəxslərdən birini ona telefon atıb. Kənara düşən telefon prezidentə xəsarət yetirməyib.

Hadisədən dərhal sonra mühafizəçilər telefon atan şəxsi yaxalayıblar.

Xəbər xətti