Mədə ağrısının 9 SƏBƏBİ

22:31 - 26 Aprel 2019 - DİGƏR

Bir çoxları mədə ağrısından şikayətçidirlər. Səbəbini anlamaq isə bəzən uzun zaman alır.

Bəs mədə ağrıları nədən yaranır?

Ucnoqta.az Medicina.az-a istinadən ən çox rast gəlinən 9 səbəbi təqdim edir.
1. Reflü problemi - bu zaman mədədən turş qida qida borusuna keçir, nəticədə güclü ağrı yaranır;

2. Laktozaya dözümsüzlük -  Dünyada milyonlarca insanda rast gəlinir. Süd və süd məhsullarındakı şəkərin həzm olunmasında problem olur. Bu zaman yüngül mədə ağrısı, köp, ishal, gəyirmə, qaz müşahidə olunur;   
3. Bəzi dərmanların əlavə təsirlərindən - mədə ağrısı yarana bilər. Bunlara əsasən qeyri steroid iltihab əleyhinə olan dərmanlar aiddir;
4. Glütenə dözümsüzlük -  Bəzı insanlarda buğda, arpa, çovdarda protein olan glütenə qarşı həssaslıq olur.Bu zaman mədə bölgəsində ağrı,köp, qaz kimi problemlər baş verir;
5. Stres;
6. Endometriyoz;
7. Tiroid problemləri;
8. Parazitlər;
9. Apendisit.

Xəbər xətti