ABŞ Prezidenti Donald Tramp OPEC nümayəndələrindən neftin qiymətini aşağı salmaq üçün addımlar atmağı xahiş edib.
Ucnoqta.az-ın məlumatına görə, "Report” CNN-ə istinadən xəbər verir ki, bunu dövlət başçısı Ağ Evdə jurnalistlərlə görüşü zamanı bildirib.
“Yanacağın qiymətləri aşağı düşür. Mən OPEC-ə zəng vurub qiymətləri aşağı salmalısınız dedim. İndi də yanacağın qiymətləri azalır”, - deyən ABŞ Prezidenti OPEC və ya üzv dövlətlərindən məhz kiminlə söhbət etdiyini dəqiqləşdirməyib.
Xatırladaq ki, bundan əvvəl D.Tramp OPEC-i neft hasilatını artırmağa və qiymətləri bir səviyyədə saxlamamağa dəfələrlə çağırmışdı.