Şri-Lankada daha 3 partlayış olub.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, budəfəki partlayışlar ölkənin şərqində yerləşən Kalmunay şəhərində antiterror əməliyyatları zamanı baş verib. Hadisənin təfərrüatları hələlik bilinmir.
Xatırladaq ki, aprelin 21-də Şri-Lankada 250-260 nəfər ölüb, 500-dən çox insan yaralanıb.