Bakıda Formula 1-in birinci sərbəst yürüşü ləğv olunub- Foto

13:56 - 26 Aprel 2019 - Xəbər

Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisinin birinci sərbəst yürüşü ləğv olunub.

Buna səbəb “Williams” komandasının üzvü Corc Rasselin idarə etdiyi bolidin Bakıda Formula 1 SOCAR Azərbaycan Qran Prisinin birinci sərbəst yürüşü zamanı kanalizasiya qapağına toxunması olub.

C.Rasselin bolidi trasdan evakuasiya edilib və hadisə yerinə mütəxəssislər cəlb olunub. Mütəxəssislər digər kanalizasiya qapaqlarını da yoxlamağı qərara alıblar.

Elan edilib ki, yürüş davam etdirilməyəcək, çünki Formula 2 üzrə təsnifat turunun başlamasına qədər bütün kanalizasiya qapaqları yoxlanılmalıdır./trend


Xəbər xətti