İran tələb olunduğu qədər neft ixrac etməyə davam edəcək.
Bunu İranın ali lideri Əli Xamneyi öz “Twitter” səhifəsində yazıb. O bildirib ki, ABŞ İranın neft satışlarını boykot etmək cəhdləri heç nəyə gətirib çıxarmayacaq.
Ə.Xamneyi vurğulayıb ki, ABŞ-ın hərəkətləri cavabsız qalmayacaq:
“Onlar ümid edir ki, İran neftin satışını dayandıra bilib. Amma bizim güclü xalqımız və hökumətimiz səylə işləsələr, blokadanı yarmaq olar”./trend