XİN: Türkiyə S-400 zenit raket komplekslərini Azərbaycana verməyi planlaşdırmır

00:34 - 24 Aprel 2019 - DÜNYA

Türkiyə Rusiyadan aldığı S-400 zenit raket komplekslərini Azərbaycan və Qətərə verməyi planlaşdırmır.

Ucnoqta.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Qeyd edək ki, bu barədə Türkiyə KİV məlumat yaymışdı.

XİN başçısının sözlərinə görə media daim belə məlumatlar yayır: "Biz bu məsələni müzakirə etməmişik. Rusiya ilə razılaşma əldə etmişik və indi də komplekslərin çatdırılma müddətini müzakirə edirik. Əgər Rusiya istəsə birbaşa Azərbaycana bu komlekslərdən verə bilər. İki ölkənin çox yaxşı əlaqələri var"- Çavuşoğlu deyib.

Xəbər xətti