ABŞ prezidenti Donald Tramp iyunun 6-da həyat yoldaşı Melaniya Tramp ilə birlikdə Fransaya rəsmi səfər edəcək.
ONA TASSa istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında qeyd edilir. Bildirilir ki, səfərin məqsədi müttəfiq qoşunlarının Normandiya sahillərinə çıxmasının 75 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etməkdir. Səfər Fransa prezidenti Emmanuel Makronun dəvəti ilə baş tutacaq.
Səfər zamanı Donald Tramp Emmanuel Makronla iqtisadiyyat və təhlükəsizlik sahələrində sıx əməkdaşlığın gücləndirilməsi üçün danışıqlar aparacaq.
Ağ Evin məlumatına görə, D.Tramp iyunun 3-5-də Böyük Britaniyaya rəsmi səfər edəcək. Səfər zamanı ABŞ prezidenti kraliça II Yelizaveta və baş nazir Tereza Meylə görüşlər keçirəcək.