Ukrayna Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərinin ikinci turunda səslərin 100 faizinin hesablandığını açıqlayıb.
Ucnoqta.az Rusiya KİV-nə istinadən xəbər verir ki, seçkilərin ikinci turunda Vladimir Zelenski səslərin 73,22 faizini, indiki dövlət başçısı Petro Poroşenko isə 24,45 faiz səs toplayıb.
MSK-nın məlumatına görə, ikinci turda Zelenski 13,5 milyondan çox seçici, Poroşenko isə 4,5 milyondan çox dəstəkləyib. Seçki bülletenlərinin 2,31 faizi etibarsız sayılıb.
Ukrayna qanunvericiliyinə əsasən, rəsmi nəticələr 1 may tarixinə qədər bir açıqlanacaq.