Qubada yeniyetmə qız özünü körpüdən atıb

17:13 - 23 Aprel 2019 - HADİSƏ

Quba rayonunda yeniyetmə qız özünü körpüdən ataraq intihar etmək istəyib.

Ucnoqta.az "Report"a istinadən xəbər verir ki, rayonun Möhüc kənd sakini, 2004-cü il təvəllüdlü F.M özünü Quba şəhərində yerləşən Qudyalçayın üzərindəki körpüdən atıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaxınlıqda olan şəxslər onu Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıb.

Həkimlərin səyi nəticəsində qız sağ qalıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirib.
Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti