Ağdaşda 19 yaşlı bir uşaq anası intihar edib

16:37 - 23 Aprel 2019 - HADİSƏ

Ağdaşda bir uşaq anası özünü öldürüb.

Ötən gün axşam saatlarında rayon sakini 19 yaşlı Cəmilə İsgəndərova ağır vəziyyətdə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Həkimlərin yardımına baxmayaraq gənc ananın həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, qadın sirkə turşusu içib.
Ölümün dəqiq səbəbi araşdırmalardan sonra bəlli olacaq./qafqazinfo

Xəbər xətti