İki yük maşını toqquşdu: 11 ölü

16:04 - 23 Aprel 2019 - HADİSƏ

Konqo Demokratik Respublikasında azı 11 nəfər ölümü ilə nəticələnən yol qəzası baş verib.

Ucnoqta.az “RİA Novosti”yə istindən xəbər verir ki, bu barədə Actualite.CD yerli mənbələr istindən məlumat yayıb.

Hadisə aprelin 22-si ölkənin cənubunda hissəsindəki Lualaba əyalətində qeydə alınıb.

İnstitut tələbələrini Nizlo gölündə yerləşən SES-ə (Su Elektrik Staniyası) texniki təcrübə keçmək üçün daşıyan yük maşını, Milli Enerji Şirkətinin yük maşını ilə toqquşub.

Toqquşmanın şiddətindən maşın sərnişinləri ilə birgə süni gölə aşıb.

Polis qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

Xəbər xətti