Şimali Koreyanın lideri Kim Jong-unun şəxsi limuzini yük təyyarəsi ilə Vladivostoka gətirildi.
Vladivostokda Vladimir Putin və Kim Çen In nüvə silahının azaldılması və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Məlumatı “İnterfaks” yayıb. Bizimyol.info xəbər verir ki, aprelin 23-də Pxenyandan Uzaq-Şərqə uçan təyyarələrin mənzil başına yetişdikləri barədə məlumatlar yayılıb.
Prosedor qaydalar çərçivəsində gətirildiyi bildirilən KXDR liderinin limuzininin şəkili IL-76 təyyarəsindən düşürülərkən Yapon jurnalistləri tərəfindən çəkilib. Onlar təqdim etdikləri kadrlarda tündləşdirilmiş pəcərələri olan qara rəngli limuzin görünür.
Çərşənbə axşamı günü Pxenyandan Vladivostoka uçan iki təyyarə qrafikə uyğun olaraq planlaşdırılan yerə gəlib. Planlaşdırılmamış reyislə gələn təyyarə isə yeddi dəqiqə gecikmə ilə qəbul edilib.
Açıqlamada Kim Çen Inın zirehli qatarının 24 apreldə Vladivostoka çatacağı bildirilir. Bir gün əvvəl KXDR-dən ölkə rəhbərinin Rusiyaya gələcəyi barədə xəbər rəsmən təsdiqlənmişdi.
“İzvestiya” Rusiya və Koreya rəhbərləri arasındakı danışıqların 25 aprel tarixində Vladivostokda Russki adasında keçiriləcəyi barədə məlumat əldə edib.
Qeyd edək ki, 2018-ci ilin mayında Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya prezidentinin dəvətini Kim Çen Ina çatdırmışdı. Putin KXDR liderinə uyğun bir zamanda görüşməyi təklif etmişdi.