Avstraliyada Sidney opera teatrının binasında baş verən qaz sızması səbəbindən 500 nəfər təxliyə edilib.
Ucnoqta.az “RenTV”yə istinadən xəbər verir ki, bu barədə Yeni Cənub Uels ştatının Yanğınsöndürmə Xidmətinin “Twitter” səhifəsində məlumat verilib. Hadisə yerinə Fövqəladə Hallar Xidməti və səhiyyə briqadaları cəlb edilib.
Məlumatda bildirilir ki, “Təxminən 500 insan zaldan və ətraf restoranlardan evakuasiya edilib”. Hazırda havanın çirklənmə səviyyəsi ölçülür.
Sızma təmir işləri zamanı baş verib.
Xəsarət alanlar barədə məlumat verilmir.
Namiq