İsmayıllıda bədbəxt hadisə- fəhlə söküntü zamanı öldü

10:52 - 23 Aprel 2019 - HADİSƏ

İsmayıllı rayonunda söküntü zamanı fəhlə ölüb. 

Hadisə aprelin 22-də saat 17 radələrində rayonun M.F.axundov küçəsində yerləşən yarımtikilidə baş verib. “Ziyalılar evi” kimi tikilməsi nəzərdə tutulan, lakin tikintisi yarımçıq qalan obyektin sökülməsi zamanı beton dirək aşaraq beton panellərin üzərinə düşüb. Bu zaman fəhlə, 1987-ci il təvəllüdlü Elnur Nurməmmədov ikinci mərtəbədən yıxılaraq beton panellərin arasıda qalaraq ölüb.

Hadisə yerinə və meyitə baxış keçirilib, ilkin ifadələr alınıb, məhkəmə tibb ekspertizası təyin edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (Tikinti təhlükəsizlik qaydalarını pozma; zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb./qafqazinfo

Xəbər xətti