Polis maşını insan kütləsinin üzərinə sürdü: 11 ölü, 30 yaralı

09:16 - 23 Aprel 2019 - HADİSƏ

Nigeriyada idarəetməni itirən polis maşını insan kütləsinin üzərinə sürüb.

Ucnoqta.az xəbər verir ki, hadisə aprelin 22-si ölkənin Qombe ştatında Pasxa bayramını qeyd edildiyi vaxt baş verib. Bu barədə “Nation” qəzeti yerli polisə istinadən məlumat yayıb.

Nəticədə azı 11 nəfər ölüb, 30 nəfər isə xəsarət alıb.

 

Nəşri yazır ki, polis hadisə yerində həyatını itirib.

İnsidentin baş vermə səbəbləri araşdırılır.

 

Namiq

Xəbər xətti