Rusiya Ermənistandakı Erebuni aviabazasının təyyarələrini yeniləri ilə əvəzləyəcək.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, hazırda aviabazada olan MiQ-29 təyyarələri 4++ nəsil Su-30SM çox məqsədli qırıcı təyarələri ilə əvəz olunacaq. Bildirilir ki, təyyarələrin yeniləri ilə əvəz edilməsi prosesi iki mərhələdə həyata keçiriləcək. İlk mərhələ 2020-ci ildə, ikinci mərhələ isə 2021-ci ildə baş tutacaq.