ABŞ-ın Texas ştatında ikimühərrikli "Beechcraft BE58" təyyarəsi qəzaya uğrayıb.
Trend-in "New York Post" qəzetinə istinadən verdiyi məlumata görə, təyyarənin qəzaya uğraması nəticəsində pilot və 5 sərnişin həlak olub. Bildirilir ki, təyyarə Kerrvill şəhərinin hava limanında eniş edərkən qəzaya uğrayıb.
Qəzanın səbəbini araşdırmaq üçün hadisə yerinə ABŞ Mülki Aviasiya Federal İdarəsinin əməkdaşları cəlb edilib.