ABŞ-dan Türkiyəyə ULTİMATUM- Sanksiyalar tətbiq olunacaq

12:02 - 22 Aprel 2019 - DÜNYA

ABŞ-ın demokrat-senatoru Bob Menendez, Türkiyənin Rusiyadan alacağı S-400 hava hücumundan müdafiə sistemləri ilə, beşinci nəsil ABŞ F-35 hərbi təyyarələri arasında seçim etməsi lazım olduğunu söyləyib. Bu barədə “RİA Novosti” xəbər verir.

Senatorun sözlərinə görə, əks təqdirdə ABŞ Türkiyəyə sanksiya tətbiq edəcək.
“Əgər prezidenti Rəcəb Tayyib Ərdoğan S-400 raket sistemini əldə etmək, alqı-satqını və quraşdırılmasını tələb edirsə, onda mənim əvvəllər (Konqresə) təqdim etdiyim qanun layihəsi əsasında Türkiyəyə sanksiyalar tətbiq olunacaq”, – Menendes deyib.

“ABŞ hərbi tərəfdaşına qarşı sanksiyalar tətbiq edilməsini istəmir. S-400 sistemi isə NATO-nun standartlarına uyğun deyil. S-400-in yanında F-35 hərbi təyyarələrinin olması mümkün deyil və bu heç vaxt baş verməyəcək”, – deyə senator əlavə edib.

Türkiyə Rusiyadan alacağı S-400 hava hücumundan müdafiə sistemlərindən imtina edərsə, ABŞ bu ölkəyə F-35 təyyarələri verəcəyi vurğulanıb./bizimyol.info

Xəbər xətti