Aprelin 21-də Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində ölənlərin sayı 215 nəfərə çatıb.
Bu barədə yerli polisə istinadən "News First" telekanalı məlumat yayıb. Yaralıların sayının isə 450 nəfərdən çox olduğu bildirilir.
Şri-Lankada kilsə və hotellərdə törədilmiş silsilə partlayışlarla əlaqədar ölkədə komendant saatının tətbiqinə başlanılıb. Hökumətin təhlükəsizlik məsələləri ilə əlaqədar qəbul etdiyi qərara əsasən saat 18:00-dan səhər 6:00-dək komendant saatı qüvvədə olacaq.
Bundan başqa, yanlış məlumatların yayılmasının qarısının alınması məqsədi ilə ölkədə "Facebook" və "WhatsApp" da daxil olmaqla sosial şəbəkələrin və messencer xidmətlərinin fəaliyyəti blok edilib. Şri-Lanka Prezidentinin katibi Udaya Senevirant deyib ki, bu qərarlar müvəqqəti xarakter daşıyır.
Bildirilir ki, paytaxtdakı "Bandaranaike" beynəlxalq hava limanından bütün daxili uçuşlar təxirə salınıb. Yerli mətbuatın xəbərlərinə əsasən hüquq-mühafizə orqanları partlayışlarla əlaqəsi olmaqda şübhəli bilinən 7 nəfəri saxlayıb./publika.az