Fransada "sarı jiletlər"in etiraz aksiyaları zamanı 14 polis xəsarət alıb.
Trend-in məlumatına görə, bunu ölkənin DİN başçısı Kristof Kastaner bildirib. Nazir deyib ki, 182 etirazçı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Qeyd edək ki, şənbə günü Fransada "sarı jiletlər"in növbəti aksiyası baş tutub. Aksiyada 27,9 min insan iştirak edib.