Sudanın devrilmiş prezidentinin evindən 100 milyon dollar tapıldı

20:42 - 20 Aprel 2019 - DÜNYA

Sudanda devrilmiş prezident Ömər əl-Bəşirin evindən 113 milyon dollara bərabər vəsait tapılıb. 

Bu barədə TASS “Al Ahdas News” nəşrinə istinadən məlumat yayıb. Hərbçilərin həbs etdiyi sabiq prezident “çirkli pullar”ın yuyulmasında və “Xarici valyuta haqqında” qanunu pozmaqda ittiham olunur. Əl-Bəşirin evində axtarış zamanı tapılan pul vəsaiti Sudan Mərkəzi Bankının xəzinədarlığına köçürülüb.

Qeyd edək ki, hazırda Əl-Bəşir paytaxt həbsxanalarının birində saxlanılır./Oxu.az

Xəbər xətti